Bugun.tv xəbər verir ki, beynəlxalq alimlər qrupu bir milyon ildən az olan yeni yaranan planet sistemlərinin taleyində nəhəng ulduzların əsas rolunu müəyyən edib. Araşdırmanın nəticələri “Science” jurnalında dərc olunub.
Astronomlar James Webb Kosmik Teleskopu (JWST) vasitəsilə nəhəng ulduzun ətrafında protoplanetar disk d203-506-nı müşahidə ediblər. Kütləsi Günəşdən təxminən on qat və 100.000 dəfə parlaq olan bu cür ulduzlar belə sistemlərdə əmələ gələn istənilən planeti çox güclü ultrabənövşəyi şüalanmaya məruz qoyur.
Ulduzun kütləsindən asılı olaraq bu şüalanma ya planetlərin yaranmasına kömək edə bilər. Ya da əksinə, maddəni səpələyərək bunun qarşısını ala bilər. Alimlər aşkar ediblər ki, güclü radiasiya səbəbindən d203-506 planet sistemində Yupiterə bənzər planet əmələ gələ bilməyəcək.
Protoplanetar diskin radiasiyaya görə kütlə itirməsinin hesablanmış sürəti, planetlərin əmələ gəlməsi üçün lazım olan bütün materialın nəhəng bir planet yaratmaq üçün lazım olduğundan daha tez buxarlanacağını göstərir.
Mənbə lenta.ru
