6 C
Baku
24 Fevral 2026, 8:41
Digər

Nəhəng yapon istiridyəsi İsveç sahillərini zəbt edir

Bugun.tv xəbər verir ki, bu gün o, Bohuslendən Skaniya sahillərinə qədər rast gəlinir, bəzi yerlərdə isə sıx koloniyalar təşkil edir. Onun iti qabığı çox vaxt insanlara xəsarət yetirir. Suda çimənlər ayaqlarındakı kəsiklərdən yanma hiss edərək sudan çıxırlar. Höteborq Universitetinin dəniz ekologiyası üzrə professor Matz Lindeqartın sözlərinə görə, Avropaya gətirilən və ehtimal ki, axınlar vasitəsilə yayılan istiridyə çox sürətlə yeni əraziləri tutdu. Alimlər bu növün Baltik dənizinə də nüfuz edəcəyindən ehtiyat edirlər, hərçənd belə hallar indiyədək qeydə alınmayıb. Mütəxəssislər xəbərdarlıq edirlər ki, yad növlərin peyda olunması gözlənilməz ekoloji nəticələrə, o cümlədən xəstəliklərin yayılmasına və yerli orqanizmlərin sıxışdırılıb aradan çıxarılmasına səbəb ola bilər.

Mənbə: AZƏRTAC

Bugün TV

Oxşar xəbərlər

Yaponiyada su sistemi üçün bələdiyyəyə 21 kiloqram “gizli” qızıl ianə edilib

Aynur Camal

Trampdan AF məsələsi ilə bağlı sərt açıqlama: Netanyahu üçün İsrail Prezidenti Herzog’a tənqid

Aynur Camal

İranda siyasi-iqtisadi böhran dərinləşir..

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu