Bugun.tv xəbər verir ki, Xətai rayonunun Babək prospektində yerləşən avtoyuma məntəqələrinin birindən “KİA” markalı avtomobilin qaçırılması barədə 34-cü Polis Şöbəsinə məlumat daxil olub.
Araşdırmalarla bu əməlin avtoyuma məntəqəsinin işçisi tərəfindən törədilməsi müəyyən edilib. Polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçirib. Əməliyyat nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Xaçmaz rayon sakini, əvvəllər də məhkum olunmuş Mətləb Məmmədquliyev Quba rayonu ərazisində avtomobillə saxlanılıb.
Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.