Baş xəbərKriminal

Nəqliyyat vasitəsini qaçıran şəxs saxlanıldı

Bugun.tv xəbər verir ki, Xətai rayonunun Babək prospektində yerləşən avtoyuma məntəqələrinin birindən “KİA” markalı avtomobilin qaçırılması barədə 34-cü Polis Şöbəsinə məlumat daxil olub.

Araşdırmalarla bu əməlin avtoyuma məntəqəsinin işçisi tərəfindən törədilməsi müəyyən edilib. Polis əməkdaşları  əməliyyat-axtarış tədbirləri keçirib. Əməliyyat nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Xaçmaz rayon sakini, əvvəllər də məhkum olunmuş Mətləb Məmmədquliyev Quba rayonu ərazisində avtomobillə saxlanılıb.

Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Kəmalə Sultan

Oxşar xəbərlər

Payızda ən faydalı 7 göbələk açıqlanıb – immunitetdən görməyə qədər

Aynur Camal

Vüqar Bayramov: Zəfərdən sonra Qarabağ iqtisadiyyatı 3 dəfədən çox böyüyüb

Aynur Camal

2026-cı ilin payız modasında hansı rənglər və geyimlər üstünlük təşkil edəcək?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu