25 C
Baku
27 İyul 2024, 4:21
Sosial

N.Nəbiyev: “Qrip epidemiyasının simptomları koronovirusla eynidir”

Son zamanlar qrip epidemiyası durmadan yayılır. Ailələrin əksəriyyəti bu xəstəlikdən günlərlə, hətta aylarla əziyyət çəkir.

Bu barədə Bugun.tv-yə infeksionist Namiq Nəbiyev məlumat verib. Onun sözlərinə görə, yayılan qrip epidemiyası COVID-19-un simptomları ilə eynidir. Əsasən oynaq və baş ağrısı, hərarətin yüksək olması, bəzi hallarda 39 dərəcəyə qalxması və halsızlıq özünü göstərir.

“Xəstələr mümkünsə ev şəraitində müalicə alsınlar, ətraf mühitlə kontaktda olmasınlar. Çoxlu maye qəbul etmək lazımdı. Əgər öskürək boğulma şəklində olsa antibiotiklər, öskürək əleyhinə dərmanlar qəbul etsinlər”.

İnfeksionist onu da əlavə edib ki, yayılan qrip koronavirusun simptomlarını daşısa da onunla əlaqəli deyil. “Bu, sadəcə, qripin ağırlaşmış formasıdır. İmmuniteti gücləndirən vitaminlər qəbul edin. Çalışıb özünüzü soyuqdan qoruyun” – deyə həkim Namiq Nəbiyev bildirib.

 

Müəllif: Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Aynur Camal

Nazir vətəndaşları qəbul edəcək

Kəmalə Sultan

Arıqlamaq ölüm riskini artıra bilər-ARAŞDIRMA

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu