3 C
Baku
15 Dekabr 2025, 1:40
İdman

“Napoli” “Yuventus”u məğlub etdi

Bugun.tv xəbər verir ki, İtaliya Birinci Futbol Liqasının (Seriya A) 31-ci həftəsində çempionatın ən güclü namizədi “Napoli” 15 xallıq silmə cəzasının ləğvi ilə yenidən zirvəyə yaxınlaşan “Yuventus”un qonağı olub.

Turinin “Allianz” stadionunda keçirilən oyunun ilk hissəsi qolsuz bərabərliklə yekunlaşıb.

Matçın ikinci hissəsində iki komanda bir-birinin qapısında təhlükəli anlar yaratsa da, qolu məhz qonaqlar vurub. 90+3 dəqiqədə Cakomo Raspadori komandasını 1-0 önə çıxaran qolu vurub.

“Napoli”Yuventus”u 1:0 hesabı ilə məğlub edərək, son həftələrdə xal itkisinə son qoyub.

Bu məğlubiyyətlə “ağ-qaralar” liqada ardıcıl üçüncü məğlubiyyətini alıb və 59 xalla üçüncü pillədə qalıb.

Bugün TV

Oxşar xəbərlər

İlk dəfə Xankəndi – Bakı ultra marafonu keçiriləcək

Aynur Camal

“Qarabağ”ın Antalyadakı yoxlama oyunlarının tarixləri AÇIQLANDI

Bugün TV

İdmançılarımız daha 3 medal qazandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu