14 C
Baku
18 Aprel 2025, 13:54
Baş xəbərKriminal

Narkokuryerlik edən 54 nəfər saxlanılıb – VİDEO

Nərimanov rayonunda polisin son 2 ayda narkotiklərlə bağlı keçirdiyi əməliyyatlar zamanı 54 nəfər saxlanılıb.

Bugun.tv-yə Daxili İşlər Nazirliyindən bildirib ki, sözügedən rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları üçün saxlanılan şəxslərdən ümumilikdə 8 kiloqram, o cümlədən 3 kiloqram heroin, 4 kiloqrama yaxın marixuana və 1 kiloqram metamfetamin aşkar edilib.

Saxlanılan şəxslər ifadələrində sosial şəbəkələr vasitəsi ilə tanış olduqları xarici ölkələrədə, əsasən İran İslam Respublikasında yaşayan narkotacirlərin təsiri altına düşərək onların müxtəlif şirnikləndirici vədləri müqabilində Bakı şəhərində narkokuryerlik təklifi ilə razılaşdıqlarını bildiriblər.

Aşkar edilən faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, son əməliyyatlar nəticəsində 17 kiloqram, cümlədən 9 kiloqram heroin və digər güclü təsiredici narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb.

Aynur Camal

Oxşar xəbərlər

Alimlərdən iqlim böhranı tədbiri: Təyyarələr daha yavaş uçmalıdır

Aynur Camal

Tanınmış jurnalistə dövlət qurumunda vəzifə verildi  

Bugün TV

Axtarışda olan 831 nəfər tutuldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu