17 C
Baku
10 İyun 2025, 5:39
Digər

Narkokuryerliyə cəlb olunan tanışlardan 11 kiloqram narkotik və silah aşkarlandı

Bugun.tv xəbər verir ki, DİN Mətbuat xidmətinin bölmə rəisi Nurlan Əliyev daha bir narkokuryerliklə məşğul olan dəstənin saxlanılması barədə məlumat verib.

N. Əliyev qeyd edib ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat tədbirlərini davam etdirir.

Bu çərçivədə Sabunçu rayonunda həyata keçirilən növbəti əməliyyat zamanı 42 yaşlı Kərəm Məmmədov və 33 yaşlı Səidə Cavadova saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər birgə yaşadıqları mənzildə 11 kiloqrama yaxın marixuana, psixotrop maddə olan metamfetamin, həmçinin narkotik vasitələrin qablaşdırılması və satışında istifadə olunan elektron tərəzi saxlayıblar.

Əlavə olaraq, K.Məmmədovun yaşadığı digər ünvana baxış keçirilərkən 1 ədəd “Makarov” tipli tapança, daraq və bir neçə patron da aşkar olunaraq götürülüb.

Saxlanılan şəxslər ilkin ifadələrində narkotik vasitələri və odlu silah-sursatı Astara rayonu ərazisindən əldə etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyi vətəndaşlara bir daha müraciət edərək xəbərdarlıq edir:

Narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak — insan həyatını və gələcəyini məhvə sürükləyir. Sosial şəbəkələr vasitəsilə vədlərlə cəlb olunan şəxslər öz azadlıqlarını riskə atmaqla yanaşı, cinayət məsuliyyəti daşıdıqlarını da unutmamalıdırlar.

Mənbə: Facebook

Aynur Camal

Oxşar xəbərlər

Dövlət Duması Qərb ölkələrinin Olimpiadanı boykot etmə ehtimalını qiymətləndirdi

Aynur Camal

Milyarder yeni Titanik inşa edəcəyini və ölümcül səyahəti təkrarlayacağını vəd etdi

Bugün TV

Eskobarın “kokain” begemotlarını ölkədən qovmaq mümkün deyil

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu