Image default
Baş xəbərKriminal

Narkotik satan şəxs saxlanıldı

Bugun.tv xəbər verir ki, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbir nəticəsində narkotik vasitələr və psixotrop həb aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumat görə, Cəbrayıl RPŞ-nin əməkdaşlarının məcburi köçkünlər üçün inşa edilmiş 4 saylı qəsəbə ərazisində keçirdiyi əməliyyat tədbiri ilə Sabirabad rayon sakini Mirhüseyn Ağayev saxlanılaraq şöbəyə gətirilib. O, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə əlindəki sellofan torbaya müvafiq qaydada baxıṣ keçirilib. Baxış zamanı 2 kiloqram 100 qram marixuana, 1 kiloqram 800 qram tiryək, 940 ədəd metodon həbi və “beşbarmaq”, həmçinin üzərindən heroin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Siyasi ekspert Məhəmməd Əsədullazadə: Ermənistanın TRİPP layihəsini təsdiqləməsi Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm mərhələdir

Aynur Camal

Qənirə Paşayevanın Türkiyə sevgisini əks etdirən sözləri yenidən gündəmdə

Aynur Camal

Siyasi ekspert: Ukrayna ordusundakı daxili ziddiyyətlər müharibənin gedişinə mənfi təsir göstərə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu