26 C
Baku
27 Sentyabr 2023, 16:18
Baş xəbərHadisəKriminal

Narkotik vasitələrin qanunsuz dövriyyəsində və oğurluq əməli törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bugun.tv-yə verilən məlumata gõrə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının son günlərdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuşlar – Elçin Qasımov, Zaur Əhmədov və Rəşxan Cəfərov saxlanılıblar. Onlardan ümumilikdə, 3 kiloqrama yaxın narkotik vasitə olan marixuana və heroin aşkar edilərək götürülüb.

Polis əməkdaşlarının keçirdikləri digər bir əməliyyatla oğurluq etməkdə şübhəli bilinən rayon sakini Murad Səmədov saxlanılıb. Onun rayonun Əkşəm kəndində yerləşən fərdi yaşayıṣ evindən nəğd pul və qızıl-zinət əşyaları oğurlamaqla 20.500 manat dəyərində ziyan vurduğu müəyyən edilib. Vətəndaşa dəymiş ziyanın aradan qaldırılması istiqamətində müvafiq tədbirlər davam etdiriir.

Qeyd edilən faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

Şərh yazın

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu