Bugun.tv xəbər verir ki, Nərimanov RPİ əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilib. Tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Abşeron rayon sakini Rüfət Mehdiyev saxlanılıb.
Axtarış zamanı ondan 3 kiloqram 100 qram marixuana, 5 qramdan artıq metamfetamin, 305 qram tiryək və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.