Baş xəbərDünya

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı

Qəbələdə narkotikin təsiri altında avtomobil idarə edən sürücü inzibati həbs edilib.

Qəbələ Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Bugun.tv – yə verilən məlumata görə, Ağdaş rayon sakini Nurlan Səmədov idarə etdiyi “VAZ-2107” avtomobil ilə qaydaları pozduğu üçün yol polisi əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib. Sürücülük hüququ olmadan avtonəqliyyat vasitəsi idarə edən həmin şəxsin narkotik vasitənin təsiri altında olmasına dair şübhə yarandığından onun tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin də nəticəsinə əsasən sürücünün marixuanadan istifadə etdiyi sübuta yetirilib.

N.Səmədov barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə o, 10 sutka inzibati həbs edilib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Heyvanlar üçün qurulan körpülər 15 min təhlükəsiz keçidə imkan yaratdı

Aynur Camal

Yaponiyalı jurnalist casusluqda şübhəli bilinərək saxlanıldı

Aynur Camal

Məhəmməd Əsədullazadə: Trampın Putinlə razılaşmaları Ukraynaya təzyiqləri artıra bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu