25 C
Baku
27 İyul 2024, 3:50
Kriminal

Narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı

Bugun.tv xəbər verir ki, Ağsu RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

DİN-nin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verib. Əməliyyat məlumatı əsasında tədbir keçirib. Ağsu sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Eyvaz Eyvazov saxlanılıb. Onun üzərinə və yaşadığı ünvana baxış keçirilərkən şüşə qablarda saxladığı yarım kiloqrama yaxın marixuana aşkar edilib. Götürülüb. Araşdırma zamanı onun həmin narkotik vasitəni bir neçə il öncə becərdiyi çətənə kollarından əldə etdiyi məlum olub.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən digər əməliyyat nəticəsində isə Nihad Əliyev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən heroin və psixotrop maddə-metamfetamin aşkarlanaraq maddi sübut kimi istintaqa təqdim olunub.

Faktlarla bağlı Ağsu RPŞ-də cinayət işləri başlanıb. İstintaq aparılır.

Kəmalə Sultan

Oxşar xəbərlər

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanıldı 

Kəmalə Sultan

Quldurluq edən şəxs saxlanıdı

Nigar Məmmədova

Ağdaş rayonunda cinayət hadisəsi baş verdi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu