Daxili İşlər Nazirliyi məlumat yaydı
Baş xəbərKriminal

Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər saxlanılıb

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bugun.tv-yə verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən qanunsuz əməllə məşğul olmaqda şübhəli bilinən rayon sakinləri Cavidan Hüseynov, Elnur Məmmədov və Qadir Abdullayev saxlanılıblar.

Həmin şəxslərdən müxtəlif çəkilərdə narkotik vasitə olan heroin və psixotrop maddə – metamfetamin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Saxlanılanlar şəxslər barəsində RPŞ-nin İstintaq Bölməsində cinayət işləri açılıb, barələrində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Bugün TV

Oxşar xəbərlər

Bir gün rəhbərliklə

Bugün TV

FIFA dünya çempionatının finalından sonra insidentlə bağlı araşdırmaya başladı

Aynur Camal

Deputat Ceyhun Məmmədov: Azərbaycan-Almaniya münasibətləri yeni strateji mərhələyə qədəm qoyur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu