Dünya

NASA Ay missiyasının heyyəti üzərində işləyir

Bugun.tv xəbər verir ki, ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) Ay səthinə insan göndərməyi nəzərdə tutan Artemis III proqramı üzrə hazırlıqları davam etdirir.

Missiyanın 2027-ci ildə həyata keçirilməsi planlaşdırılır.

Məlumata görə, Artemis III missiyası çərçivəsində astronavtların Ayın cənub qütbü bölgəsinə enməsi nəzərdə tutulur. Lakin NASA hələlik missiyada iştirak edəcək ekipaj üzvlərinin adlarını açıqlamayıb.

Hazırda agentlik Ay səthinə eniş üçün istifadə olunacaq texnologiyalar, o cümlədən eniş modulu və kosmik geyimlərin sınaqlarını davam etdirir. Mütəxəssislər hesab edirlər ki, Artemis III proqramı uğurla həyata keçirilərsə, bu, 1972-ci ildən sonra insanların Aya ilk enişi olacaq.

Qeyd edək ki, NASA bundan əvvəl Artemis II missiyasının heyətini açıqlayıb. Həmin missiyada dörd astronavt Ay ətrafında uçuş həyata keçirəcək, lakin Ay səthinə eniş etməyəcək.

Mənbə: LiveScience

Aynur Camal

Oxşar xəbərlər

Günəşli tərəfə baxan mənzillərdə istidən necə qorunmaq olar? – Mütəxəssislərdən 10 məsləhət

Aynur Camal

Həddindən artıq protein qəbulu sağlamlıq üçün risk yarada bilər

Aynur Camal

Böyük Britaniya və Aİ Brexitdən sonra münasibətləri yenidən qurmağa hazırlaşır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu