Texnologiya

NASA Mars orbitində 11 illik MAVEN missiyasını rəsmi olaraq dayandırdı

Bugun.tv xəbər verir ki, ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Mars orbitində 11 ildən çox fəaliyyət göstərən MAVEN kosmik aparatının missiyasının başa çatdığını açıqlayıb.

TRT Haber-in məlumatına görə, 2013-cü ildə buraxılan və 2014-cü ildə Marsa çatan MAVEN (Mars Atmosferi və Uçucu Maddələrin Təkamülü) aparatı planetin yuxarı atmosferini və Günəş küləkləri ilə qarşılıqlı təsirini araşdırmaq üçün istifadə olunurdu.

Açıqlamada bildirilib ki, 2025-ci ilin dekabrında aparatdan gözlənilməz siqnal itkisi qeydə alınıb və bundan sonra NASA tərəfindən bərpa cəhdləri nəticəsiz qalıb. Araşdırma komissiyası kosmik aparatın artıq bərpa olunmayacağı və elmi fəaliyyətini davam etdirə bilməyəcəyi qərarına gəlib.

MAVEN həm də Marsda fəaliyyət göstərən “Curiosity” və “Perseverance” roverləri üçün rabitə ötürücü stansiya kimi mühüm rol oynayırdı. Missiya çərçivəsində toplanan bütün məlumatların arxivləşdirilməsi qərara alınıb.

Alimlərin fikrincə, MAVEN-in topladığı məlumatlar Marsın milyardlarla il əvvəl daha sıx atmosferə malik olduğunu və zamanla Günəş radiasiyası nəticəsində bu atmosferin böyük hissəsini itirdiyini təsdiqləyir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Nvidia fərdi kompüterlər üçün yeni RTX Spark süni intellekt çipini təqdim edib

Aynur Camal

Tramp süni intellektlə bağlı yeni fərman imzaladı

Aynur Camal

Blue Origin” şirkətinin raketi sınaq zamanı partladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu