Baş xəbərDünya

NASA-nın ölü peyki 38 ildən sonra Yerə qayıdıb

Xarici Xəbərlər. 

 NASA-nın sıradan çıxmış peyki planetin ətrafında 38 il dövr etdikdən sonra yenidən Yerə düşüb.

ERBS kimi tanınan Yer Radiasiya Büdcə Peyki 1984-cü ildə Challenger kosmik gəmisi ilə buraxılmışdır.

2005-ci ilə qədər ERBS-dən alınan məlumatlar tədqiqatçılara Yerin Günəşdən enerjini necə udduğunu və radiasiya etdiyini araşdırmaqda və Yerin stratosferində ozon, su buxarı, azot dioksidi və aerozol konsentrasiyalarını ölçməkdə kömək edib. ABŞ Müdafiə Nazirliyi ERBS-nin bazar günü saat 23:04-də Yer atmosferinə yenidən daxil olduğunu təsdiqləyib.

“Peykin hissələrinin yenidən girişdən sağ qalıb-qalmaması dərhal aydın deyil. Peykin çox hissəsinin atmosferdə hərəkət edərkən yanması gözlənilirdi. NASA hesablamışdı ki, Yer kürəsində hər kəsə zərər vurma riski çox aşağıdır — təqribən 9400-də 1-dir”. Peyk cəmi 21 il fəaliyyət göstərərək gözlənilən iki illik ömrünü xeyli ötüb”-məlumatda deyilib.

NASA bildirib ki, sözügedən bu peyki fəaliyyətə buraxıldığı dövrdə beynəlxalq müqavilə olan Monreal Protokol Sazişi  -(ozonu məhv edən xloroflorokarbonların (CFCs) azaldılması) olmasaydı dünya ozon təbəqəsinin dağılması və əsrin sonuna qədər əlavə 2,5 dərəcə Selsi qlobal istiləşməsi ilə nəticələnəcəkdi.

Mənbə: CNN

Aynur Camal

Oxşar xəbərlər

İsrailin Rəfəh şəhərinə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 100-ə çatdı

Bugün TV

Gədəbəy şəhid ailələrinin üzvlərinin Şuşaya səfəri təşkil olundu

İntizar Əmirova

Avtoxuliqanlıq hərəkətləri edən və polis əməkdaşlarına tabe olmayan sürücü həbs edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu