Texnologiya

NASA-nın “Perseverance” marsoxodu Marsda tam marafon məsafəsini qət etdi

Bugun.tv xəbər verir ki, NASA-nın “Perseverance” marsoxodu Mars səthində daha bir mühüm rekorda imza ataraq tam marafon məsafəsini – 42,195 kilometri qət edib. Bununla da aparat Qırmızı Planetdə tədqiqatlar tarixində yeni mərhələyə qədəm qoyub.

Məlumata görə, “Perseverance” bu məsafəni missiyasının 1 890-cı Mars günü (sol) ərzində, təxminən 5 il 4 aya tamamlayıb. Bu göstərici əvvəlki rekordçu olan NASA-nın “Opportunity” marsoxodundan xeyli sürətlidir. “Opportunity” eyni məsafəni qət etmək üçün 11 il 2 aya ehtiyac duymuşdu.

Marsoxodun marafon həddinə çatmasından bir gün əvvəl NASA-nın “Mars Reconnaissance Orbiter” aparatı onu orbitdən görüntüləyib. Yüksək ayırdetməli HiRISE kamerası ilə çəkilmiş fotoda “Perseverance” kiçik yaşıl nöqtə kimi görünür, onun Mars səthində qoyduğu uzun izlər isə aydın seçilir. Hazırda aparat Jezero kraterinin qərbində yerləşən və alimlərin “Arbot” adlandırdığı ərazidə elmi araşdırmalarını davam etdirir.

NASA bildirir ki, “Perseverance” qədim Mars süxurlarını öyrənərək planetdə milyardlarla il əvvəl mikrob həyatının mövcud olub-olmadığını araşdırır. Toplanan nümunələrin gələcəkdə Yerə gətirilməsi planlaşdırılır və alimlər bunun Marsın geoloji tarixi ilə bağlı mühüm məlumatlar verəcəyini hesab edirlər.

Mənbə: Science Daily

Aynur Camal

Oxşar xəbərlər

Ağıllı televizorlar nə izlədiyinizi müəyyənləşdirə bilir – izləməni necə söndürmək olar?

Aynur Camal

NVIDIA süni intellekt platforması Hugging Face-i 12,93 milyard dollara alır

Aynur Camal

Süni intellekt artıq sizin üçün məişət texnikası seçə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu