8 C
Baku
21 Dekabr 2025, 23:54
Texnologiya

NASA Voyager 1-i tamamilə itirə bilər

Bugun.tv xəbər verir ki, NASA-nın 46 yaşlı Voyager 1 kosmik gəmisi kompüterdə nasazlıq yaşayıb.  Nəticədə Yerdəki missiya komandası ilə əlaqə kəsilib.

1977-ci ildə orbitə buraxılan pilotsuz kosmik gəmilər Voyager 1 və Voyager 2 indiyə qədər Yerdən ən uzaq məsafəni qət edən peyklər kimi tarixə düşüb.

Yupiter və Saturnu öyrənmək üçün nəzərdə tutulan cihaz əslində 5 il işləməli idi. Ancaq onlar 45 ildir ki, kosmosdadırlar.

Yaranan nasazlıqdan sonra cihaz Yerə məlumat ötürmür. Buna görə də mühəndislər problemin səbəbini tapa bilmirlər.

Xatırladaq ki, Voyager -1 kosmik gəmisi heliosferi təxminən 36 ilə keçib. Voyager-2 isə 2018-ci ildə ulduzlararası mühitə daxil olub.

 

Kəmalə Sultan

Oxşar xəbərlər

ABŞ-da inqilabi rus torpedası haqqında danışdılar

Bugün TV

“İnstagram”da sizi kimin blokladığını görmək üçün bu üsulu sınayın!

Kəmalə Sultan

“Volkswagen” və “Audi” yanğın riskləri səbəbindən yüz minlərlə avtomobili geri çağıracaq

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu