23 C
Baku
4 Oktyabr 2024, 15:29
Baş xəbərDünya

NATO-da qan dəyişikliyi! Yens Stoltenberq dövrü rəsmən başa çatıb

Hollandiyalı siyasətçi Mark Rutte rəsmi olaraq NATO-nun baş katibi vəzifəsini Yens Stoltenberqdən alıb. NATO-da rəsmi olaraq Mart Rutte dövrü başlayıb. NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirilən mərasimdə Yens Stoltenberq NATO-nun Geinel katibi vəzifəsini Rutteyə təhvil verib.

Mərasimdə çıxış edən Rutte bu vəzifəni ona həvalə edən bütün müttəfiqlərə təşəkkür edib və Stoltenberqə müraciət edərək deyib: “Siz nümunəvi bir baş katib olmusunuz. Bu gün NATO daha böyük, daha güclü birləşib. Bu, böyük ölçüdə sizin rəhbərliyiniz sayəsindədir. Siz mənə möhkəm bir ittifaqı miras almağa imkan verdiniz”.

Rutte yeni vəzifəsində hədəflərinə də toxunub. NATO-nu gələcəyin çağırışlarına hazırlamaqda qərarlı olduğunu bildirən Rutte, “Mənim prioritetlərim NATO-nu güclü saxlamaq, kollektiv müdafiənin bütün təhdidlərə qarşı effektiv və etibarlı qalmasını təmin etmək, müdafiəyə daha çox pul xərcləmək və sərmayə qoymaqdır. Ukraynaya dəstəyi artırmaq və onu NATO-ya daha çox inteqrasiya etmək, həmçinin onları yaxınlaşdırmaq və üzv olmaları üçün çalışmaqdır” deyib.

Ukraynanın NATO üzvü olması lazım olduğunu vurğulayan Rutte, “Güclü və müstəqil Ukrayna olmadan Avropada daimi təhlükəsizlik ola bilməz” deyib.

Daha sonra Stoltenberq yerini Rutteyə təhvil verərkən heyətlə vidalaşdıqdan sonra uzun sürən alqış sədaları altında qərargahı tərk edib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

ABŞ-da istehlakçı inamı yuxarıya doğru yenidən nəzərdən keçirildi

Bugün TV

Fatihdə avtobus sürücüsünü balta ilə yaralayan şəxs tutuldu

Bugün TV

Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Bəstəkarlar İttifaqının kollektivi ilə görüşüb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu