Baş xəbərDünya

NATO Kosovoya daha 700 hərbçi göndərdi

Bugun.tv xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Kosovodakı gərginliklə bağlı verdiyi açıqlamada, “Qərbi Balkanlar üçün Əməliyyat Ehtiyat Qüvvələrindən daha 700 əsgər göndərmək qərarına gəldik” deyib.

Norveçin paytaxtı Osloda Müttəfiq Xarici İşlər Nazirlərinin qeyri-rəsmi toplantısından əvvəl Kosovo ilə bağlı alınan qərarları açıqlayan Stoltenberq, “NATO qüvvələri KFOR Kosovoda bütün vətəndaşlar üçün təhlükəsiz mühitin təmin edilməsi üçün bütün lazımi tədbirləri görəcək. Biz Birləşmiş Millətlər Təşkilatının mandatlarına uyğun olaraq qərəzsiz hərəkət etməyə davam edəcəyik. Biz Qərbi Balkanlar üçün Əməliyyat Ehtiyat Qüvvələrindən daha 700 əsgər göndərmək qərarına gəldik. Biz əlavə ehtiyat qüvvə batalyonunu da hazır vəziyyətə gətirmişik ki, ehtiyac yaranarsa, onlar yerləşdirilsin.

Bunlar KFOR-un öz mandatını yerinə yetirmək üçün lazım olan güc və imkanlara malik olmasını təmin etmək üçün ehtiyatlı addımlardır”.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Səhər yeməyini bir fincan qəhvə və ya çayla əvəz etmək olarmı?

Aynur Camal

Braziliyada qurbağaların yoxa çıxmasının 50 illik sirrinə mümkün izah tapılıb

Aynur Camal

ABŞ Myanma ilə sülh danışıqlarını nadir torpaq elementlərinə çıxışla əlaqələndirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu