Ukrayna prezidenti Vladimir Zelenski mətbuat konfransında ABŞ ilə imzalanması gözlənilən nadir torpaq elementləri sazişi ilə bağlı açıqlamalar verib. Zelenski bildirib ki, sazişin mətnində Ukraynanın NATO ilə inteqrasiyası məsələsi yoxdur.
Zelenski ölkəsində danışıqlar aparan Almaniyanın xarici işlər naziri Annalena Baerboku Kiyevdəki ofisində qəbul edib. Görüşdən sonra keçirilən birgə mətbuat konfransında Zelenski Rusiya-Ukrayna müharibəsində baş verən hadisələrdən danışıb.
Baerbokun müharibə zamanı Ukraynaya 9 dəfə səfər etdiyini qeyd edən Zelenski Almaniyaya ölkəsinə verdiyi bütün dəstəyə görə təşəkkür edib.
Rusiyanın enerji infrastrukturları ilə bağlı atəşkəsi pozduğunu qiymətləndirən Zelenski, hücumlarla bağlı müvafiq hesabatları ABŞ tərəfinə çatdıracaqlarını bildirib.
“RUSLAR VƏDLƏRİNİ POZDULAR”
Rusiya prezidenti Vladimir Putinin müharibəni bitirmək istəmədiyini irəli sürən Zelenski, “İnanıram ki, sanksiyaların təsirini artırma həddinə çatmışıq, çünki düşünürəm ki, ruslar ABŞ-a verdikləri vədləri pozur” ifadəsini işlədib.
Zelenski ABŞ-ın Rusiyaya qarşı sanksiyaları artırmaq imkanının olduğuna inandığını bildirib və əlavə edib: “Biz çox ümid edirik ki, prezident (Donald) Tramp Rusiyaya qarşı sanksiyaları gücləndirmək üçün bütün müvafiq vasitələrə sahib olacaq” deyib.
Zelenski həmçinin bildirib ki, iki tərəf nadir torpaq elementləri ilə bağlı ABŞ-la imzalanması gözlənilən sazişin mətni üzərində işlərini davam etdirir.
Müqavilə layihəsində Ukraynanın NATO-ya inteqrasiyası məsələsinin yer almadığını bildirən Zelenski əlavə edib: “Bu sazişə və NATO məsələsinə gəlincə, sazişdə NATO məsələsi yoxdur və olmayıb” danışıb.
Zelenski bildirib ki, təhlükəsizlik təminatları çərçivəsində xarici qoşunların ölkəsində mümkün yerləşdirilməsi ilə bağlı müttəfiq ölkələrlə danışıqları davam etdirirlər.
Zelenski qeyd edib ki, “öz qoşunlarını Ukraynaya göndərməyə hazır olan” ölkələrin hərbi nümayəndələri aprelin 4-də görüşəcək və bu görüşdə müvafiq məsələlər müzakirə olunacaq.
Mənbə: Ahaber