Siyasət

NATO-nun baş katibi Zelenskini təşkilatın iyulda keçiriləcək sammitinə dəvət etdi

Yens Stoltenberq Ukrayna prezidenti Vladimir Zelenskini təşkilatın iyulda Vilnüsdə keçiriləcək növbəti sammitində iştirak etməyə dəvət edib.

Bugun.tv TASSa istinadən bildirir ki, bu barədə NATO-nun baş katibi cümə günü Tallinndə keçirdiyi mətbuat konfransında bildirib. O, Ukrayna prezidentini iyulda Vilnüsdə keçiriləcək təşkilatın sammiti üçün NATO ölkələrinə qoşulmağa dəvət edib.

NATO rəhbəri Zelenskinin sammitdə şəxsən iştirak edə biləcəyinə ümid etdiyini bildirib. Lakin bunun Ukraynadakı vəziyyətdən asılı olduğunu başa düşdüyünü vurğulayıb.

Qeyd edək ki, iİyulun 11-12-də  NATO-nun 30 dövlət və hökumət başçısının görüşü keçiriləcək.
Sammit Vilnüsdə baş tutacaq.

Bugün TV

Oxşar xəbərlər

Aİ-nin yeni miqrasiya və sığınacaq qaydaları qüvvəyə mindi

Aynur Camal

Pentaqonda kimyəvi həyəcan: Bir neçə mərtəbə təxliyə edildi

Aynur Camal

Kim Çen In Putini Rusiyanın Milli Günü münasibətilə təbrik edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu