Dünya

NATO: Öhdəliklər real addımlara çevrilməlidir

NATO Baş katibinin müavini bildirib ki, 7-8 iyul tarixlərində keçiriləcək Ankara Zirvəsindən əsas gözlənti müttəfiqlərin verdiyi vədlərin konkret fəaliyyətə çevrilməsidir.

Şekerinska bu barədə Litvanın paytaxtı şəhərində keçirilən NATO Parlament Assambleyasının yaz sessiyasında çıxışı zamanı danışıb.

O, Rumıniya ərazisinə pilotsuz uçuş aparatının düşməsi hadisəsindən sonra NATO-nun bu ölkə ilə tam həmrəylik nümayiş etdirdiyini vurğulayıb. Şekerinskanın sözlərinə görə, müttəfiqlər Rusiyanın hansı addımları ata biləcəyini və bunun nə qədər təhlükəli nəticələr doğura biləcəyini yaxşı anlayırlar.

NATO rəsmisi qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı davam edən hücumları alyansın təhlükəsizliyinə birbaşa təsir göstərir. O bildirib ki, NATO-nun əsas vəzifəsi daim ayıq-sayıq olmaqdır və Ukraynadakı müharibə başa çatsa belə, Rusiyadan qaynaqlanan təhlükənin aradan qalxacağını düşünmək düzgün olmaz.

Şekerinska Rusiyanın dövlət büdcəsinin təxminən 40 faizini müdafiə xərclərinə ayırdığını xatırladaraq bunun sülhə yönəlmiş siyasətin göstəricisi olmadığını deyib.

NATO rəsmisi çıxışında Çinin hərbi potensialını və nüvə imkanlarını genişləndirməsini, həmçinin İranın nüvə və ballistik raket proqramlarını da beynəlxalq təhlükəsizlik üçün risk faktorları kimi qiymətləndirib.

Onun sözlərinə görə, daha təhlükəli və qeyri-sabit dünyada təhlükəsizliyə investisiyalar artırılmalı, müdafiə qabiliyyəti gücləndirilməli və bu istiqamətdə əməkdaşlıq davam etdirilməlidir.

Şekerinska bildirib ki, Ankara Zirvəsində əsas diqqət ayrılan maliyyə vəsaitlərinin real hərbi imkanlara çevrilməsinə, müdafiə sənayesinin genişləndirilməsinə və Ukraynaya dəstəyin davam etdirilməsinə yönələcək.

NATO Baş katibinin müavini vurğulayıb ki, zirvənin əsas məqsədi konkret nəticələrin əldə olunmasıdır və artıq öhdəliklərin praktik addımlarla müşayiət olunmasının vaxtı çatıb.

Aynur Camal

Oxşar xəbərlər

Çində göydə uzanan nəhəng bina: “Kristal” mühəndislik sərhədlərini aşır

Aynur Camal

Güclü fırtına: on minlərlə abonent işıqsız qaldı

Aynur Camal

Livana hücumlar: ölüm sayı 3400-ü keçdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu