DünyaSiyasət

NATO rəsmisi xəbərdarlıq etdi: “Sakit dənizdə deyilik, fırtınanın içindəyik”

Bugun.tv xəbər verir ki, NATO Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone mövcud beynəlxalq böhranların daha da dərinləşdiyini və yeni təhlükələrin meydana çıxdığını bildirib.

Belçikanın paytaxtı Brüsseldə keçirilən NATO Baş Qərargah rəislərinin toplantısında çıxış edən Draqone alyansın şərqdən cənuba, Şimal bölgəsindən Arktikaya qədər bütün istiqamətlərdə yüksək hazırlıq vəziyyətində olduğunu vurğulayıb.

O qeyd edib ki, NATO “həftənin 7 günü, günün 24 saatı” fasiləsiz olaraq təhlükəsizlik vəziyyətini nəzarətdə saxlayır.

Admiral Draqone yanvar ayında keçirilən son NATO toplantısından sonra qlobal böhranların daha da ağırlaşdığını bildirib və “Sakit dənizdə deyilik, fırtınanın içindəyik” sözləri ilə mövcud vəziyyətin ciddiliyinə diqqət çəkib.

NATO rəsmisi Rusiya-Ukrayna müharibəsinin artıq beşinci ilinə daxil olduğunu xatırladaraq bildirib ki, müharibə hələ də amansız şəkildə davam edir və nəticələri birbaşa alyans üzvlərinin təhlükəsizliyi ilə bağlıdır.

Draqone həmçinin NATO-nun cənub qonşuluğu bölgəsində qeyri-sabitlik və zorakılığın davam etdiyini, beynəlxalq ticarət yollarının təzyiq altında qaldığını və enerji axınlarının hələ də həssas olduğunu qeyd edib.

O, hibrid təhdidlərin də davam etdiyini vurğulayaraq hazırkı dövrün “aydınlıq, intizam və fəaliyyət zamanı” olduğunu deyib.

NATO rəsmisinin sözlərinə görə, alyans son illərdə bir sıra sınaqlardan keçib və özünü müdafiə edə bildiyini nümayiş etdirib. O əlavə edib ki, NATO-nun çəkindiricilik və hazırlıq səviyyəsi daha da güclənib.

Draqone bildirib ki, artıq yalnız sürətli hərəkət etmək kifayət deyil, eyni zamanda birlik, koordinasiya və strateji istiqamət qorunmalıdır.

Qeyd edək ki, NATO-ya üzv ölkələrin Baş Qərargah rəisləri ildə iki dəfə bir araya gələrək alyansın hərbi strategiyalarını müzakirə edirlər.

Toplantıda Türkiyəni Baş Qərargah rəisi ordu generalı Səlcuq Bayraktaroğlu təmsil edib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

ABŞ nüvə başlığı daşıya bilən “Minuteman III” raketini sınaqdan keçirəcək

Aynur Camal

Şirkət Yer kürəsini nanosferlərlə soyutmaq istəyir: Layihə mübahisələr yaradıb

Aynur Camal

ABŞ-də seçicilərin üçdə ikisi İranla müharibəni dəstəkləmir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu