5 C
Baku
15 Yanvar 2025, 11:11
Baş xəbərSosial

Naxçıvan MR-da da sosial ödənişlərin e-sistem üzərindən proaktiv təyinatına başlanır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bugun.tv-yə verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında da pensiya, müavinət və təqaüdlərin elektron sistemlər üzərindən proaktiv təyinatı mexanizmlərinin tətbiqinə başlanılır.

Muxtar Respublikada uşağın anadan olmasına görə birdəfəlik müavinət təyinatı artıq elektronlaşdırılıb,  e-sosial.az portalından pensiya barədə məlumat və e-arayışlar əldə etmək imkanı da yaradılıb.

Nazirliyin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) tərəfindən təyinatların e-sistemlər üzərindən həyata keçirilməsi mexanizminin qurulması işləri yekunlaşır və artıq uşağın anadan olmasına görə birdəfəlik müavinətin təyinatı ötən aydan proaktivləşdirilib.

Yaxın günlərdə digər müavinətlərin, pensiya və təqaüdlərin e-qaydada proaktiv şəkildə təyinatına başlanacaq. Nəticədə həmin sosial ödənişlərə hüququ yaranmış şəxsə müraciətinə və sənəd təqdim etməsinə ehtiyac qalmadan proaktiv qaydada bu ödənişlərin təyinatı aparılacaq və bu barədə ona e-qaydada məlumat veriləcək.

Eyni zamanda, Muxtar Respublika üzrə pensiya alan şəxslər də artıq e-sosial.az portalından pensiyaları barədə məlumat ala, habelə elektron arayışlar əldə edə bilərlər.

Xatırladaq ki, 2019-cu ilin əvvəlindən Nazirlik tərəfindən sosial ödənişlərin elektron sistem üzərindən proaktiv təyinatına başlanıb. Ötən dövrdə 87,1 min pensiya, 486,7 min müavinət, təqaüd proaktiv qaydada təyin olunub.

Mənbə: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy

Aynur Camal

Oxşar xəbərlər

“Diversantlar siçovullar kimi məhv edilməlidir”

Aynur Camal

“Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının qurucusu Bidzina İvanişvili yenidən siyasətə qayıdır

İntizar Əmirova

Sizi isti saxlayacaq 8 sviter dizaynı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu