28 C
Baku
13 Sentyabr 2024, 15:46
Baş xəbərSosial

Naxçıvan MR-da da sosial ödənişlərin e-sistem üzərindən proaktiv təyinatına başlanır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bugun.tv-yə verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında da pensiya, müavinət və təqaüdlərin elektron sistemlər üzərindən proaktiv təyinatı mexanizmlərinin tətbiqinə başlanılır.

Muxtar Respublikada uşağın anadan olmasına görə birdəfəlik müavinət təyinatı artıq elektronlaşdırılıb,  e-sosial.az portalından pensiya barədə məlumat və e-arayışlar əldə etmək imkanı da yaradılıb.

Nazirliyin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) tərəfindən təyinatların e-sistemlər üzərindən həyata keçirilməsi mexanizminin qurulması işləri yekunlaşır və artıq uşağın anadan olmasına görə birdəfəlik müavinətin təyinatı ötən aydan proaktivləşdirilib.

Yaxın günlərdə digər müavinətlərin, pensiya və təqaüdlərin e-qaydada proaktiv şəkildə təyinatına başlanacaq. Nəticədə həmin sosial ödənişlərə hüququ yaranmış şəxsə müraciətinə və sənəd təqdim etməsinə ehtiyac qalmadan proaktiv qaydada bu ödənişlərin təyinatı aparılacaq və bu barədə ona e-qaydada məlumat veriləcək.

Eyni zamanda, Muxtar Respublika üzrə pensiya alan şəxslər də artıq e-sosial.az portalından pensiyaları barədə məlumat ala, habelə elektron arayışlar əldə edə bilərlər.

Xatırladaq ki, 2019-cu ilin əvvəlindən Nazirlik tərəfindən sosial ödənişlərin elektron sistem üzərindən proaktiv təyinatına başlanıb. Ötən dövrdə 87,1 min pensiya, 486,7 min müavinət, təqaüd proaktiv qaydada təyin olunub.

Mənbə: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycan cüdoçuları Böyük Dəbilqə turnirinin ilk günündə 2 medal əldə edib

Aynur Camal

Məhbuslar aclıq və susuzluqla üzləşiblər

Kəmalə Sultan

Xankəndidə 14 silah aşkarlanaraq götürülüb

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu