25 C
Baku
27 İyul 2024, 4:03
Baş xəbər

Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” başa çatıb

Bugun.tv– xəbər verir ki, Aprelin 29-30-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində keçirilən “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” başa çatıb.

2 gündür davam etmiş təlimlərdə “Layihələrin məqsəd və vəzifələrinin müəyyən edilməsi”, “Layihə tərəfdaşlarının, hədəf qrupları və benefisiarlarının təyin edilməsi və onların gözləntiləri”, “Layihənin icra planının hazırlanması” və s. kimi mövzularda QHT-lərin bilik və bacarıqları artırılıb, praktiki qrup işləri təşkil olunub. Təlimləri layihələrin tərtibi üzrə beynəlxalq dərəcəli ekspert aparıb.

Təlimin yekununda uğurlu nəticə göstərən QHT-lərə Agentliyin sertifikatları təqdim olunub.

Xatırladaq ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2022-ci ildə Mingəçevirdə, 2023-cü ildə Naftalan və Bakı şəhərlərində QHT-lərin İnkişaf və Mübadilə Proqramlarını icra edib, bu proqramlarda indiyədək 300-dən çox QHT iştirak edib.

Agentlik QHT-lərin ictimai faydalılığının yüksəldilməsi üçün QHT təmsilçilərinin bilik və bacarıqlarının artırılması fəaliyyətini bundan sonra da davam etdirəcək.

Aynur Camal

Oxşar xəbərlər

Cənubi Koreya: “Şimali Koreya Rusiyaya təxminən 7 min konteyner sursat göndərib”

İntizar Əmirova

Sel gəldi: 86 nəfər təhlükəsiz bölgələrə təxliyə edildi

Bugün TV

UNESCO Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu