16 C
Baku
28 Mart 2024, 16:36
Baş xəbərMədəniyyət

Nazir bir neçə muzeyə baş çəkib

Bugün.tv-nin Nazirlikdən aldığı məlumata görə nazir Anar Kərimov Rəsul Rzanın ev-muzeyi, Milli Azərbaycan Ədəbiyyatı və Milli Azərbaycan Tarixi Muzeylərini ziyarət edib.

 Qeyd edək ki, “Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 23 iyun tarixli 3337 nömrəli Sərəncamının icrası ilə əlaqədar muzeyin yaradılması istiqamətində həyata keçirilmiş işlərlə tanış olmaq məqsədilə Mədəniyyət naziri Anar Kərimov və Muzey, qalereya və sərgilər şöbəsi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, Dövlət Mükafatı laureatı Rəsul Rzanın ev-muzeyini ziyarət etdilər.

Nazirliyin müvafiq əmrinə əsasən muzeyin yerləşdiyi mənzil Mədəniyyət Nazirliyinin balansına götürülmüş, muzeydə nümayiş olunacaq şairə aid əşyalar müvafiq qaydada siyahıya alınmışdır.

Görüş çərçivəsində nazir Anar Kərimov Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev, Rəsul Rzanın qızı, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının baş müəllimi Fidan Rzayeva və muzeyə yeni təyin olunmuş direktor Rəsul Rzayev ilə Rəsul Rzanın ev-muzeyində həyata keçiriləcək təmir və bədii-tərtibat işləri barədə müzakirələr və fikir mübadiləsi apardı.

Mədəniyyət xəbərləri

Aynur Camal

Oxşar xəbərlər

Baş verən dəhşətli qəzada ölənlərin sayı 7-yə çatdı

Bugün TV

Leysan yağışların səbəb olduğu torpaq sürüşmələrində 15 nəfər öldü

Bugün TV

Ukraynanın silah alması üçün gizli qrup yaradılıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu