16 C
Baku
14 Sentyabr 2025, 13:01
Baş xəbərSosial

Nazir Prezident təqaüdçüsü ilə görüşdü

Bugun.tv xəbər verir ki, Elm və təhsil naziri Emin Əmrullayev bu gün İsmayıllı rayonunda keçirilən vətəndaşların qəbulu zamanı Lahıc qəsəbə tam orta məktəbinin məzunu, 2017-ci ildə keçirilən qəbul imtahanlarında 700 bal toplayaraq Prezident təqaüdçüsü adını qazanan Vahab Cəbrayılovla görüşü barəsində facebook səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, Vahab bu il Türkiyənin Orta Şərq Texniki Universitetindən (ODTÜ) kompüter mühəndisliyi ixtisası üzrə məzun olub.

“Ona ABŞ-nin Kolumbiya Universitetində eyni ixtisasla əlaqədar doktorantura təhsili almaq və professor köməkçisi kimi çalışmaq təklif olunub. Vahab kimi gənclərimizlə görüşmək məni çox qürurlandırır. Tələbəmizi təbrik edir, ona gələcək təhsilində yeni nailiyyətlər arzulayıram”.

Aynur Camal

Oxşar xəbərlər

“Mayın 10-da Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi günü Şuşa şəhərində müraciətlə çıxış etməsi böyük rəmzi məna daşıyır”

Nigar Məmmədova

Qumar qlobal epidemiyaya çevrildi: Mütəxəssislər təcili tədbirlər görməyə çağırır

Aynur Camal

Rusiyadan Avropaya neft ixracı on dəfə azaldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu