25 C
Baku
10 Sentyabr 2025, 22:37
Baş xəbərSosial

Nazir Teymur Musayev ilə Türkiyəli həmkarı Fahrettin Koca arasında telefon danışığı olub

Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev ilə Türkiyəli həmkarı Fahrettin Koca arasında telefon danışığı olub.

Bugun.tv bu  haqda Səhiyyə Nazirliydən məlumat alıb.

Telefon danışığı zamanı Teymur Musayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı və digər şəhərlərdə, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən tibb müəssisələrinin zəlzələdə zərər çəkmiş şəxslərin müalicəsi üçün hazır vəziyyətə gətirildiyini Türkiyəli həmkarının diqqətinə çatdırmışdır.

“Bu məqsədlə, ümumilikdə tibb müəssisələrində 2000 çarpayı ayrılmışdır. Ehtiyac olduğu təqdirdə, Azərbaycanlı tibb mütəxəssisləri yaralanmış şəxslərin müalicəsinə tibbi dəstək göstərməyə tam hazırdır”.

Teymur Musayev yaralıların tezliklə sağalmasını arzulayıb və həlak olmuş şəxslərin ailələrinə Allahdan səbr diləyib.

Aynur Camal

Oxşar xəbərlər

Meyvə ağaclarının altından çətənə kolu aşkarlandı

Kəmalə Sultan

Son bir ayda Azərbaycana ən çox turist Rusiyadan gəlib

Bugün TV

Qassam Briqadalarından açıqlama: “Bu, müharibənin gedişinə təsir edəcək”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu