Baş xəbərSosial

Nazir Teymur Musayev ilə Türkiyəli həmkarı Fahrettin Koca arasında telefon danışığı olub

Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev ilə Türkiyəli həmkarı Fahrettin Koca arasında telefon danışığı olub.

Bugun.tv bu  haqda Səhiyyə Nazirliydən məlumat alıb.

Telefon danışığı zamanı Teymur Musayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı və digər şəhərlərdə, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən tibb müəssisələrinin zəlzələdə zərər çəkmiş şəxslərin müalicəsi üçün hazır vəziyyətə gətirildiyini Türkiyəli həmkarının diqqətinə çatdırmışdır.

“Bu məqsədlə, ümumilikdə tibb müəssisələrində 2000 çarpayı ayrılmışdır. Ehtiyac olduğu təqdirdə, Azərbaycanlı tibb mütəxəssisləri yaralanmış şəxslərin müalicəsinə tibbi dəstək göstərməyə tam hazırdır”.

Teymur Musayev yaralıların tezliklə sağalmasını arzulayıb və həlak olmuş şəxslərin ailələrinə Allahdan səbr diləyib.

Aynur Camal

Oxşar xəbərlər

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlar saxlanıldı

Bugün TV

SEPAH-ın Naxçıvanla sərhəddə yığdığı silah-sursat və canlı qüvvənin yerləri müəyyən edilib

Aynur Camal

Qubadlı rayonunda silah-sursat aşkar edildi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu