Bugun.tv xəbər xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti “Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi qaydası”nın təsdiq edilməsi barədə” 2013-cü il 5 noyabr tarixli 320 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarına dəyişiklik edib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı:
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 744-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 5 noyabr tarixli 320 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 11, maddə 1457; 2015, № 12, maddə 1584; 2016, № 11, maddə 1976; 2019, № 3, maddə 514, № 7, maddə 1318; 2020, № 11, maddə 1410; 2021, № 3, maddə 273, № 10, maddə 1163; 2022, № 7, maddə 819, № 9, maddə 1100, № 12, maddə 1552; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 13 sentyabr tarixli 323 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi Qaydası”nın 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.2.1.3-cü və 2.4.4-cü yarımbəndlərə “təqdim olunmuş” sözlərindən sonra “(bu Qaydanın 2.8-ci bəndinin tələbləri nəzərə alınmaqla) sözləri əlavə edilsin;
1.2. aşağıdakı məzmunda 2.8-ci bənd əlavə edilsin:
“2.8. Bu Qaydanın 2.1-ci, 2.2-ci, 2.4-cü və 2.5-ci bəndlərində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Bu sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
1.3. “Qeyd”in mətni 2.9-cu bənd hesab edilsin.
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 aprel tarixli 112 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 4, maddə 415; 2022, № 7, maddə 819, № 9, maddə 1101) ilə təsdiq edilmiş “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın 2.4-cü bəndinə “Təqdim edilmiş” sözlərindən sonra “(bu Qaydaların 2.3-cü bəndinin ikinci cümləsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 26 sentyabr 2023-cü il
№ 345