Baş xəbərSiyasət

Nazirlər Kabinetində Naxçıvanın sosial-iqtisadi inkişafına dair iclas keçirilib

Bugun.tv xəbər verir ki,Nazirlər Kabinetində “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” ilə bağlı iclas keçirilib. Bu barədə “Report”a hökumətdən məlumat verilib.

Dövlət Proqramında nəzərdə tutulan işlər üzrə əsas icraçı orqanların rəhbərlərinin müavinlərindən ibarət məsul şəxslərin iştirak etdiyi iclasda proqramın icra vəziyyətinə dair məsələlər müzakirə edilib.

Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov bildirib ki, Prezident İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027 -ci illər üçün Dövlət Proqramı”nda müəyyən edilən 11 prioritet üzrə genişmiqyaslı tədbirlərin görülməsi nəzərdə tutulur.

Belə ki, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə təsdiq olunmuş sözügedən Dövlət Proqramının 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planında biznes mühiti, ticarət, sənaye, kənd təsərrüfatı, turizm, energetika, infrastruktur, insan kapitalı və sosial sektorun inkişafı, institusional və ətraf mühit sahələrində 315 tədbirin həyata keçirilməsi nəzərdə tutulub.

Qeyd olunub ki, Proqramda nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Nazirlər Kabinetinin sifarişinə əsasən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən həyata keçirilir. Dövlət Proqramının monitorinq və qiymətləndirilməsinin aparılmasının təmin edilməsi məqsədi ilə monitorinq və hesabatlıq portalı, o cümlədən, “Metodoloji çərçivə” hazırlanıb.

Sonra İİTKM-in icraçı direktoru Vüsal Qasımlı monitorinq və hesabatlıq portalını təqdim edib, monitorinq və qiymətləndirilmənin aparılması qaydaları haqqında məlumat verib.

Qeyd edib ki, aidiyyəti qurumlar tərəfindən portalda yerləşdirilən məlumatlar əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən monitorinq və qiymətləndirmələr aparılaraq nəticələri Nazirlər Kabinetinə təqdim olunacaq.

Daha sonra iclasda Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər üzrə görülən işlərin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Saman kisələrində 66 kilo 684 qram narkotik vasitə aşkar edildi

Bugün TV

Xüsusi texnika ilə ehtiyatsız davranılması nəticəsində Azərbaycan əsgəri ölüb

Könül Kərimova

Kapadokiyada isti hava balonu minarəyə dəyib partladı

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu