17 C
Baku
10 İyun 2025, 4:54
Dünya

NEONSAT-1 adlı nanopeyk kosmik stansiyası ilə ilk əlaqəni qurdu

Cənubi Koreyanın yeri müşahidə etmək üçün peyk bürcü layihəsi çərçivəsində kosmosa göndərdiyi NEONSAT-1 adlı nanopeykin kosmos stansiyası ilə müvəffəqiyyətlə əlaqə qurduğu açıqlanıb.

Cənubi Koreya mərkəzli Yonhap-ın xəbərinə görə, Cənubi Koreya Elm və İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyi NEONSAT-1 nanopeykinin yerli vaxtla saat 07.32-də Yeni Zelandiyanın Mahia bölgəsindəki kosmos bazasından kosmosa buraxıldığını açıqlayıb.

Bildirilib ki, orbitə buraxıldıqdan təxminən 50 dəqiqə sonra kosmosa yerləşən nanopeyk Antarktidadakı Koreya Kralı Sejonq stansiyası ilə uğurla əlaqə saxlayıb.

Yeri müşahidə edəcək peyk bürc layihəsi çərçivəsində kosmosa göndərilən NEONSAT-1-in dekabr ayında müşahidə missiyasına başlaması planlaşdırılır.

Cənubi Koreya 2026-cı ilin iyununda və 2027-ci ilin sentyabrında daha beş peyk buraxmağı hədəfləyir.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

Kiyevdə partlayışlar baş verib

Aynur Camal

ABŞ-ın borc tavanı danışıqları məhsuldar olaraq xarakterizə edildi, lakin hələ razılaşma yoxdur

Aynur Camal

Kolumbiyada təcili yardım təyyarəsi qəzaya uğradı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu