Dünya

Saxta avro əməliyyatı: 10 nəfər saxlanıldı

İspaniya Milli Polisi Toledo şəhərində Avropanın ən böyük saxta pul çap etmə müəssisəsinə qarşı əməliyyat zamanı 10 Çin vətəndaşının tutulduğunu açıqlayıb.

İndiyədək bütün Avropaya yayılmış 500 mindən çox 2 avroluq sikkə zərb etdiyi, bunun 100 mini İspaniyada olduğu, istintaqa 2018-ci ildə başlansa da, cinayət təşkilatının özünü yaxşı gizlətdiyi, daim dəyişdiyi bildirilib. Onun istehsal nöqtələri və çox keyfiyyətli saxta sikkələr çıxardığı 2 avroluq məbləği izləməkdə çətinlik çəkdiyi üçün araşdırmanın çətinliklə davam etdiyi paylaşıldı.

Açıqlamada, son illərdə Avropada fəaliyyət göstərən ən böyük saxta mədənə basqın edən cinayətkar təşkilatın 2019-cu ildə Madridin Fuenlabrada rayonunda, 2021-ci ildə isə Barselonada istehsalat həyata keçirdiyi müəyyən edilib.

Verilən məlumatlarda hər 2 avroluq saxta sikkənin çapı üçün istifadə olunan materiala 80 sent xərcləndiyi bildirilib.

İspaniya Milli Polisinin əməliyyatına Kataloniyanın yerli polisi və Avropa Polis Təşkilatının da dəstək verdiyi bildirilib.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

Ekvador polisi Meksika səfirliyinə basqın edib

Aynur Camal

Dmitri Peskov: “Kremlin Ərdoğanın sağlamlıq problemlərindən xəbəri yoxdur”

Nigar Məmmədova

Günəş səthində partlayış: Şiddətli geomaqnit qasırğası gözlənilir

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu