20.9 C
Baku
7 Oktyabr 2024, 8:52
Baş xəbərDünya

Netanyahu BMT Baş Assambleyasında! Türkiyə nümayəndə heyəti zalı tərk etdi

Son xəbərlərə görə, İsrailin baş naziri Benyamin Netanyahu zala daxil olaraq BMT Baş Assambleyasının 79-cu iclasında çıxış etmək üçün kürsüyə doğru yollanıb.

Netanyahu BMT Baş Assambleyasında çıxışına başlamazdan əvvəl Türkiyənin BMT-dəki daimi nümayəndəsi səfir Əhməd Yıldızın başçılıq etdiyi Türkiyə nümayəndə heyəti zalı tərk edib. Türkiyə nümayəndə heyətini bir çox nümayəndə heyətinin müşayiət etdiyi və zalın xeyli boşaldığı görüldü. Netanyahu kürsüdə olarkən zaldan yüksələn bəzi səslər eşidilib.

Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xanın “müharibə cinayəti” törətdiyi səbəbilə həbs qərarı tələb etdiyi Netanyahunun BMT-də çıxışına icazə verilməsi tənqidlərə səbəb olub.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Sentyabrda Qəzzada aclıq fəlakətlə bitə bilər!

Kəmalə Sultan

Can bazarında mikroavtobusların toqquşduğu qəzada: 15 yaralı var

Bugün TV

Əzab verməklə əldə olunan dərman

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu