Baş xəbərDünya

Netanyahu BMT Baş Assambleyasında! Türkiyə nümayəndə heyəti zalı tərk etdi

Son xəbərlərə görə, İsrailin baş naziri Benyamin Netanyahu zala daxil olaraq BMT Baş Assambleyasının 79-cu iclasında çıxış etmək üçün kürsüyə doğru yollanıb.

Netanyahu BMT Baş Assambleyasında çıxışına başlamazdan əvvəl Türkiyənin BMT-dəki daimi nümayəndəsi səfir Əhməd Yıldızın başçılıq etdiyi Türkiyə nümayəndə heyəti zalı tərk edib. Türkiyə nümayəndə heyətini bir çox nümayəndə heyətinin müşayiət etdiyi və zalın xeyli boşaldığı görüldü. Netanyahu kürsüdə olarkən zaldan yüksələn bəzi səslər eşidilib.

Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xanın “müharibə cinayəti” törətdiyi səbəbilə həbs qərarı tələb etdiyi Netanyahunun BMT-də çıxışına icazə verilməsi tənqidlərə səbəb olub.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Dünyanın karbon büdcəsi üç ilə tükənə bilər

Aynur Camal

Çin Aİ ilə iki yüksək səviyyəli görüşü ləğv etdi

Aynur Camal

Çimərlikdə 10-65 yaş arası şəxslərə çətir qadağası tətbiq edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu