25 C
Baku
27 İyul 2024, 4:17
Dünya

Netanyahu “Dəlilik, uydurma” deyərək reaksiya verdi

Beynəlxalq Cinayət Məhkəməsinin Baş Prokuroru Kərim Xanın həbsinə order verilməsi tələbi ilə bağlı danışan İsrailin baş naziri Benyamin Netanyahu, səbəblərin “uydurma”, tələbin isə “dəlilik” olduğunu bildirib. Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Baş Prokuroru Kərim Xanın həbsinə order verilməsi tələbini “dəlilik” kimi qiymətləndirən Netanyahu “Həmas liderləri ilə İsrailin demokratik yolla seçilmiş liderləri arasında saxta bərabərlik yaratdığını” iddia edib.

İsrailin baş naziri BCM-nin baş prokuroru Hanın onun haqqında verdiyi əsaslandırmaların “uydurma” olduğunu və mülki insanları aclıqdan öldürmək siyasətinin olmadığını iddia edib. Netanyahu hətta Qəzzada aclığın qarşısını almaq üçün “hər şeyi etdiklərini” iddia etdi.

Qəzzada mülki itkilər barədə suala cavab olaraq Netanyahu iddia edib ki, hərbi itkilərlə müqayisədə Qəzzada mülki itkilər “müasir şəhər müharibəsində görülən ən aşağı nisbətdir”.

Dünyada İsrailə qarşı etirazları tənqid edən Netanyahu fəalları “İsrail demokratiyasını” hədəf almaqda ittiham edib.

Fələstin dövlətini tanıyıb-tanımayacağı ilə bağlı isə Netanyahu Fələstinin “dinc dövlət” olmayacağını iddia edərək, “İndi onlara dövlət versəniz, bu, terrorçular üçün mümkün olan ən böyük mükafat olacaq” deyib.

İsrailin Qəzzanı işğal etməsi ilə bağlı suala Netanyahu, “Qəzzanı işğal etmək lazım olub-olmayacağını bilmirəm, amma terrorçuların qarşısını almaq üçün hər an ora girə bilməliyik” deyib.

Netanyahunun müsahibəsi yayımlanarkən yüzlərlə insan İsrailin Qəzzaya hücumlarına və müharibə cinayətlərində ittiham olunan Netanyahuya qarşı təbliğata etiraz etmək üçün televiziya binasının qarşısına toplaşıb.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Rusiyaya qarşı “Dəmir günbəz” planı qüvvəyə mindi

Aynur Camal

İmperatora məxsus saat rekord qiymətə satıldı

Kəmalə Sultan

Lavrov Azərbaycanda əməkdaşlıq gündəliyinin mövzularını müzakirə edəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu