19 C
Baku
8 Sentyabr 2024, 3:41
Baş xəbərDünya

Netanyahu “etiraz” qorxusundan Təl-Əvivdəki konfransa qatılmayacaq

Bugun.tv xəbər verir ki, İsrail mətbuatı Baş nazir Benyamin Netanyahunun Şimali Amerika Yəhudi Federasiyasının (JFNA) Təl-Əvivdə keçirdiyi konfransa “etiraz” qorxusundan qatılmayacağını bildirib.

Haaretz qəzetinin xəbərinə görə, nümayişçilərin etirazından qorxan Netanyahu, İsrailin Müstəqillik Günü səbəbiylə 23-26 aprel tarixlərində təşkil edilən konfransa qatılmaqdan imtina edib.

Qəzet hökumətin mübahisəli “məhkəmə islahatına” qarşı olan müxalifətin konfrans zamanı Netanyahuya qarşı nümayiş keçirməyi və onun çıxışına mane olmağı planlaşdırdığını yazıb.

Baş nazirlikdən verilən açıqlamada Netanyahunun JFNA-nın təşkil etdiyi konfransa “proqramın intensivliyi səbəbindən” qatılmayacağı bildirilib.

JFNA ABŞ və Kanadada 146 yəhudi qeyri-hökumət təşkilatını, həmçinin 300 müstəqil yəhudi icmasını özündə birləşdirən çətir təşkilat kimi fəaliyyət göstərir.

Digər tərəfdən, Baş Qərargah rəisi Herzi Halevi, İsrail ordusunun döyüşlərdə həlak olan əsgərlərin xatirəsini yad etmək üçün təşkil etdiyi Anma Günü tədbirinə qatılacaq siyasətçilərə də xəbərdarlıq edib.

Qeyd edilib ki, İsrailin apardığı müharibələrdə həlak olan əsgərlərin xatirəsini anmaq üçün keçirilən Anım Günü İbrani təqvimi ilə bu il aprelin 25-nə təsadüf edir; İsrailin quruculuq fəaliyyətinin keçirildiyi Müstəqillik Günü aprelin 26-na təsadüf edir.

Xatırladaq ki, baş nazir Benyamin Netanyahu martın 27-də ölkədə kütləvi etirazlara və tətillərə səbəb olan məhkəmə qaydalarını təxirə saldığını açıqlayıb.

Təxirə salınma qərarına baxmayaraq, geri addım atmayan Netanyahu hökuməti mübahisəli tənzimləməni mayın əvvəlində yenidən parlamentə gətirəcəyini bəyan edib.

Mənbə: TRT

Aynur Camal

Oxşar xəbərlər

Yük maşını qırmızı işıqda gözləyən avtomobilə çırpıldı: 5 yaralı var

İntizar Əmirova

4 kilo çəkisi olan göbələk görənləri təəccübləndirdi

Nigar Məmmədova

Aydında 26 qeyri-qanuni mühacir tutuldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu