12 C
Baku
21 Aprel 2026, 3:10
Dünya

Netanyahu Suriyada işğal etdikləri bufer zonasına baş çəkib

İsrail Baş naziri Benyamin Netanyahunun Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyada işğal etdikləri bufer zonasına baş çəkdiyi bildirilir.

İsrail mediası Netanyahunun 2024-cü ilin dekabr ayından bəri İsrail işğalı altında olan Suriyadakı bufer zonasına səfər etdiyini bildirib.

Müdafiə naziri Yisrael Katz, xarici işlər naziri Gideon Saar və Baş Qərargah rəisi Eyal Zamirin də Netanyahuya müşayiət etdiyi bildirilib.

Netanyahunun ofisi hələlik xəbərlə bağlı açıqlama yaymayıb.

Qeyd edək ki, Netanyahunun səfəri İsrail və Suriya arasında yeni təhlükəsizlik razılaşması üçün danışıqların çıxılmaz vəziyyətə düşdüyü barədə xəbərlərdən sonra baş tutub.

İsrail hökuməti əvvəllər Əsəd rejiminin devrilməsindən sonra işğal etdiyi bufer zonası olan Hermon dağından çəkilməyəcəyini açıqlamışdı.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu