25 C
Baku
21 İyul 2024, 5:20
Dünya

Netanyahudan ‘məhbus mübadiləsi’ qərarı!

İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-la məhbus mübadiləsi ilə bağlı razılığa gəlmək üçün danışıqlara nümayəndə heyəti göndərmək qərarına gəlib.

İsraildən gələn nümayəndə heyəti HƏMAS ilə əsir mübadiləsi məsələsini müzakirə edəcək. Bildirilib ki, İsrailin baş naziri Benyamin Netanyahu Təl-Əviv və HƏMAS arasında məhbus mübadiləsi razılaşmasının əldə edilməsi üçün danışıqlara İsrail nümayəndə heyətini göndərmək qərarına gəlib.

Adı açıqlanmayan bir İsrail rəsmisi, Həmasın məhbus mübadiləsi ilə bağlı reaksiyası ilə bağlı İsrail mətbuatına qiymətlər verib.

Sözügedən rəsmi Netanyahunun növbəti məhbus mübadiləsi danışıqlarına İsrail nümayəndə heyətini göndərməyə razı olduğunu bildirib.

Xəbərdə Netanyahunun danışıqlar qrupu ilə görüşündə Qəzza zolağına hücumların “İsrail məqsədlərinə çatana qədər davam edəcəyi” mesajını verdiyi bildirilib.

Məhkum mübadiləsini müzakirə edəcək növbəti danışıqların harada aparılacağı hələlik məlum deyil. Bundan əvvəl İsrail və HƏMAS arasında məhbus mübadiləsi üçün dolayı danışıqlara Misirin paytaxtı Qahirə və Qətərin paytaxtı Doha ev sahibliyi edirdi.

İsrail Xarici Kəşfiyyat Xidməti Mossad tərəfindən dünən verilən yazılı açıqlamada, məhbus mübadiləsi danışıqlarında vasitəçilik edən tərəflərin HƏMAS-ın atəşkəs təklifinə verdiyi cavabı İsrailin müzakirə heyətinə çatdırdığı açıqlanıb.

İsrailin müdafiə naziri Yoav Gallant məhbusların yaxınları ilə görüşündə Təl-Əviv rəhbərliyinin Qəzza zolağındakı fələstinli qruplarla məhbus mübadiləsi razılaşmasına “həmişəkindən daha yaxın” olduğunu bildirib.

Netanyahunun HƏMAS-ın cavabını müzakirə etmək üçün bu gün Təhlükəsizlik Kabinetini toplayacağı da qeyd edilib.

Mənbə: Haber Global

Sevinc Sadıqova

Oxşar xəbərlər

İran – edamlar ölkəsi

Aynur Camal

Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlar rəsmən başlayıb

Şükufə Ramizqızı

Putinin evinin yaxınlığında bomba ilə yaxalanan şəxs saxlanıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu