11 C
Baku
7 Dekabr 2024, 22:43
Baş xəbər

Netanyahunun qərarına görə ABŞ-ın BCM-ə qarşı addımlar atacağına inanır

İsrailin xarici işlər naziri Gideon Saar ABŞ administrasiyasının baş nazir Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallantın həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) qarşı “tezliklə addımlar atacağına” inandığını bildirib. Saar rəsmi səfəri çərçivəsində getdiyi Praqada Çexiyanın xarici işlər naziri Yan Lipavski ilə birgə mətbuat konfransı keçirib.

BCM-nin Netanyahu və Gallant üçün verdiyi həbs qərarına toxunan Saar, İsrailin məhkəməyə tərəf olmadığı üçün Tel-Əviv üzərində yurisdiksiyasının olmadığını iddia edib.

Saar, “Qərarın qanuni olmadığını” ifadə edərək, dünən ICC-yə etiraz etdiklərini bildirib.

Çexiyanın da qərara etiraz etdiyini bildirən Saar, həbs qərarı səbəbiylə ABŞ-ın “tezliklə ICC əleyhinə qanun qəbul edəcəyinə” inandığını qeyd edib.

Saar bildirib ki, məhbusların azad edilməsi kimi “məqsədlərinə çatana qədər” Qəzza zolağına hücumlara son qoymayacaqlar.

Beynəlxalq Cinayət Məhkəməsi noyabrın 21-də Netanyahu və Qalantın Qəzza zolağında törədilmiş hərbi cinayətlər və insanlığa qarşı cinayətlərə görə həbsinə order verib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Mayın 2-də gözlənilən hava şəraiti

Aynur Camal

Parkda çıxan davada güllələnən gənc həyatını itirirdi

İntizar Əmirova

Qısqanclıq zəminində ər arvadını öldürdü 

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu