25 C
Baku
27 İyul 2024, 4:58
DigərDünya

Neuralink-də problem yarandı: Çip beyindən ayrılır

Neyrotexnologiya şirkəti Neuralink, prosessor və batareyanın sinirlərdən aldığı məlumatların miqdarının azaldığını açıqlayıb. Çipin beyindən ayrılmağa başladığı bildirilib.

Şirkətin internet saytındakı açıqlamaya görə, Noland Arbauqun beyin toxumasına yerləşdirilən 64 əlaqə kabeli çıxarılıb. Bu geriləmə səbəbiylə kəllədəki prosessor və batareyanın sinirlərdən aldığı məlumatların miqdarı azalıb.

Şirkət, kabellərin çıxarılması ilə bağlı yaranan məlumat azlığının çipi daşıyan şəsxin sağlamlığı üçün təhlükə yaratmadığını bildirib. Çihazın funksionallığını artırmaq üçün işlərin davam etdiyini vurğulayıb.

Qeyd edək ki, Neuralink, çipin fevral ayının sonundan etibarən daha az məlumat tutduğunu açıqlayıb. Təxminən 8 il əvvəl keçirdiyi qəzadan sonra əlləri və ayaqları iflic olan Noland problemə baxmayaraq mayın 4-də X hesabından canlı yayımda şahmat oynaya bilib.

Mənbə: EnSonHaber

Teymur Əziz

Oxşar xəbərlər

BMT İsrail və Livan tərəflərini təmkinli olmağa çağırdı

Nigar Məmmədova

İran-Pakistan sərhədində silahı atışma: 6 ölü və yaralı var 

Bugün TV

İsveçdə Quranın yandırılmasına İran sərt reaksiya verdi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu