Dünya

New York Times: İran raket potensialını qorumağı bacardı

Bugun.tv xəbər verir ki, Amerikanın “New York Times” qəzeti ABŞ kəşfiyyat hesabatlarına istinad etdiyi xəbərində İranın raket potensialını və buraxılış qurğularının ehtiyatını qorumağı bacardığını bildirib. Nəşr qeyd edir ki, bu vəziyyət ABŞ üçün ziddiyyətli və narahatlıq doğuran yeni mərhələnin qapılarını açıb.

Bütün dünyanın diqqəti ABŞ ilə İran arasında yaşanan müharibəyə yönəlib.

Hörmüz boğazının bağlanması ilə enerji və logistika böhranının ortaya çıxdığı bu müharibədə İran gözləntiləri aşaraq ağır müharibə şəraitinə tab gətirməyi bacarıb.

“New York Times” qəzeti müharibə dövründə İranın raket potensialını və buraxılış qurğularının sayını böyük ölçüdə qoruması ilə bağlı məqalə yayımlayıb.

İran raket ehtiyatının 70 faizini qoruyub

Xəbərə görə, ABŞ kəşfiyyat hesabatlarında İranın müharibədən əvvəl malik olduğu raket ehtiyatı və mobil buraxılış qurğularının təxminən 70 faizinin hələ də istifadədə olduğu bildirilib.

Məqalədə həmçinin Tehranın yeraltı raket sahələrinə, obyektlərə və buraxılış qurğularına yenidən çıxış əldə etdiyi qeyd olunub.

Raketlərə yenidən çıxış təmin edildi

“New York Times” yazır ki, İran daha əvvəl ABŞ və İsrail bombardmanı nəticəsində torpaq altında qaldığı iddia edilən bu sahələrin böyük hissəsinə yenidən nəzarəti bərpa edib. Obyekt və buraxılış qurğularının isə təxminən 90 faizinə yenidən çıxış əldə olunduğu vurğulanıb.

Yeni raketlər quraşdırılıb

Xəbərdə İran rəhbərliyinin yeraltı anbarların demək olar ki, hamısını yenidən fəaliyyətə qaytardığı, zədələnmiş bəzi raketləri təmir etdiyi və hətta bəzi yeni raketləri buraxılış platformalarına yerləşdirdiyi ilə bağlı məlumatların olduğu qeyd edilib.

ABŞ narahatdır

“New York Times”ın xəbərində ən diqqət çəkən məqamlardan biri isə ABŞ rəsmilərinin narahatlığı olub. Bildirilir ki, xüsusilə İranın Hörmüz boğazı sahilində yerləşən raket sahələrinin böyük hissəsinə yenidən çıxış əldə etməsi Vaşinqtonda ciddi narahatlıq yaradıb.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

İraq: Yeni Suriyaya hörmət və səmimi iradə ilə yanaşırıq

Aynur Camal

Donald Trump Venesuelanı ABŞ-ın 51-ci ştatı kimi göstərdi

Aynur Camal

İran şahının oğlu ABŞ-ni Tehrana qarşı qəti addımlara çağırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu