Dünyaİdman

Neymar “Barselona”ya keçəcək?-AÇIQLAMA

“Barselona”nın baş məşqçisi Xavi PSJ-nin braziliyalı hücumçusu Neymarın bu yay Kataloniya klubuna keçə biləcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib. Bugun.tv xəbər verir ki, bu barədə jurnalist Jerar Romero məlumat yayıb.

“Bu, sürprizdir. Baxın, mən Neymarı bir insan, bir oyunçu, bir dost kimi qiymətləndirirəm. O, əla oyunçudur, lakin yayılan xəbər doğru deyil. Bu, bizim planımızda yoxdur”, – Xavi söyləyib.

Daha əvvəl bildirilirdi ki, “Barselona” Messinin transferinin uğursuzluğundan sonra klubu gücləndirmək variantlarını axtarmağa davam edir. Kataloniyalıların məqsədi ulduz futbolçu ilə müqavilə imzalamaqdır. Seçimlərdən biri də artıq “Barselona”ya təklif olunan Neymardır.

Xatırladaq ki, o, 2017-ci ildən PSJ-də çıxış edir. Forvardın klubla müqaviləsi 2025-ci ilə qədərdir.

Neymar ötən mövsüm bütün turnirlərdə 29 oyuna çıxıb, 18 qol vurub, 17 məhsuldar ötürmə edib.

Bugün TV

Oxşar xəbərlər

İngiltərənin Tehrandakı səfirliyi müvəqqəti bağlandı

Aynur Camal

Kanada hökuməti İranda olan vətəndaşlarına “dərhal ölkəni tərk edin” çağırışı etdi

Aynur Camal

Dünya Bankı Ermənistana 70,4 mln. avro kredit ayıracaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu