Baş xəbərKriminal

Oğurluq edən şəxs saxlanıldı

Qubada qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Bugun.tv-yə DİN Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.

Verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə rayon ərazisində oğurluq olması barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Zərərçəkmişə məxsus evdən ümumi dəyəri 2850 manat olan qızıl-zinət əşyaları oğurlandığı müəyyən edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən rayonun Qəçreş kənd sakini, əvvəllər məhkum olunmuş Elnur Mirzəyev saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Bugün TV

Oxşar xəbərlər

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Aynur Camal

Siyasi ekspert: ABŞ Cənubi Qafqazda Rusiyanın təsirini məhdudlaşdırmağa çalışır

Aynur Camal

Məhəmməd Əsədullazadə: ABŞ və İran arasında razılaşma yaxın perspektivdə mümkün görünmür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu