Digər

Nicole Kidman ölüm doulası olmaq üçün təlimə başladı

Hollivud ulduzu Nicole Kidman yeni və qeyri-adi bir istiqamətdə peşəkar təlimə başladığını açıqlayıb.

Məlumata görə, aktrisa “ölüm doulası” kimi tanınan — həyatının son mərhələsində olan insanlara emosional və psixoloji dəstək göstərən mütəxəssis olmaq üçün təhsil alır.

Qərar anasının ölümündən sonra verilib

Kidman bu ideyanın 2024-cü ildə anasının vəfatından sonra yarandığını bildirib. O qeyd edib ki, yaxın insanın itkisi ona həyatın son mərhələsində insanlara dəstəyin vacibliyini daha dərindən göstərib.

Aktrisa vurğulayıb ki, bu qərar onun şəxsi kədər təcrübəsi ilə birbaşa bağlıdır.

“Tənha hiss etməsini istəməzdim”

Kidman bildirib ki, anasının ölüm prosesi zamanı ailə üzvləri onun yanında olsa da, bu mərhələdə insanların daha peşəkar və neytral dəstəyə ehtiyacı olduğunu düşünüb:

“Anam tənha hiss edirdi. Mən düşündüm ki, belə vəziyyətlərdə insanlara sadəcə rahatlıq və qayğı göstərə biləcək xüsusi dəstək mütəxəssisləri olmalıdır.”

Yeni istiqamət: ölüm doulası xidməti

Ölüm doulası — həyatın son mərhələsində olan insanlara və onların ailələrinə emosional dəstək verən peşəkar şəxslərdir. Kidman bu sahəni şəxsi inkişafının bir hissəsi kimi gördüyünü deyib.

Hollivud ulduzu Nicole Kidman

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu