Mədəniyyət

Niderlandda “Əfsanəvi General” kitabının təqdimatı oldu

Bugun.tv xəbər verir ki, Azərbaycanın Niderland Krallığındakı Səfirliyində “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin təşkilatçılığı, Azərbaycan Diasporla iş üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyinin dəstəyi ilə Rotterdam şəhərində yaşayan şairə Yasəmən Qaranın şəhid general, “Azərbaycanın Milli Qəhrəmanı” Polad Həşimova həsr etdiyi “Əfsanəvi Gene ” adlı kitabının təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Azərbaycanın Niderland Krallığındakı Səfirliyinin birinci katibi Vüsal İbrahimov, Niderlandda fəaliyyət göstərən Azərbaycan və Türk diaspor təşkilat rəhbərləri və media nümayəndələri, şairlər, Niderlandda yaşayan həmvətənlərimiz iştirak ediblər.

Tədbirdə ilk olaraq, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükut ilə yad edilib. Daha sonra tədbiri giriş sözü ilə açan təşkilatçı “Ana Vətən” Avropa azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva gələn qonaqları salamlayaraq Polad Həşimova həsr edilmiş kitabın Niderlandda təqdimat mərasimini təşkil etdiyi üçün çox qürurlu olduğunu bildirib.

Daha sonra kitabın müəllifi Yasəmən Qara qonaqlara bu kitabı yazarkən keçirdiyi hisslərdən danışdı və kitabın adını niyə məhz “Əfsanəvi General” qoyduğuna diqqət çəkib. Tədbirdə iştirak edən qonaqlardan BAK –ın sədri Elsevər Məmmədov və onun müavini Sima Cəfərova, Beynəlxalq qadınlar Klubunun sədri Kəmalə Cəlilova, Azerbaycan – Niderland Odlar Yurdu Cəmiyyətinin üzvü Nemətağa Əliyev də çıxışları zamanı şairə xanım haqqında öz ürək sözlərini deyərkən Yasəmən Qaranıın diaspora fəaliyyətinə də nəzər saldılıar.Daha sonra Türk qardaşlarımız Tahsin Çetinkaya, Remzi Kabadayı, Haluk Baştımar, Ümit Akbulu da çıxışları zamanı 44 gün Qarabag müharibəsində keçirdikləri hisslərdən danışanda göz yaşlarını saxlaya bilmədilər onlar Milli Qəhrəman generalmız Polad Həşimovun əziz xatirəsini hörmətlə anılıb.

Qəhrəman generalımız Polad Həşimova həsr edilmiş kitabın təqdimat gecəsində qəhrəmanımızın anası Səmayə xanımın da video vasitəsi ilə dediyi ürək sözləri, oğlu haqqında danışması, xaricdə yaşayan soydaşlarımıza verdiyi xeyir-duası və xoş arzuları hər kəsi kövrəldib.

Şəhid Elman Əliyevin anası da video görüntü vasitəsi ilə Yasəmən xanımı təbrik edib, soydaşlarımıza ürək sözlərini deyib.

Musiqili şeirli tədbir Yasəmən xanımın dostlarının onun yazdığı şeirlərdən ibarət təbrik çıxışları ilə davam edib. Tədbirə musiqili qonaqlar Opera ve Balet Teatrının solisti, səhnəmizin Leylisi olmuş, I Muğam Televiziya Müsabiqəsinin laureatı Vusalə Cabir, Tar ifaçısı Cavid Səlimov, Respublikanın Əməkdar Artisti, kamança ustası Xəyyam Məmmədov, piano ifacısı İlkin Əlizadə və Bəxtiyar Eybaliev gözəl ifaları ilə rəng qatdılar .

Xanəndə Vüsalə Cabirin muğam ifalarında Yasəmən xanımın şeirlərindən isifade etməsi və məlahətli səsi qürbətdə yaşayan azərbaycanlılarımıza xüsusi zövq verib. “Ana Vətən” Avropa azərbaycanlı Qadınlar birliyinin rəhbəri Mayisə Ağamirzəyeva Polad Həşimovun adını kitabı ilə əbədiləşdirən şairəmizə təşkilatı adından təşəkkür edərək ona qələm hədiyyə edib. Azərbaycandan və Almaniyadan gələn musiqiçilər də tədbirin təşkilatçısı Ana Vətən Avropa azərbaycanlı Qadınlar birliyi tərəfindən təltif olunublar.

Kəmalə Sultan

Oxşar xəbərlər

Ankarada Türkiyə Cümhuriyyətinin 100-cü il dönümü qeyd olunub  

Bugün TV

Üçlük üçbucağının arasındakı gərginlik bitmir

Aynur Camal

Bella Hadidin Fransız lüks moda markası üçün eksklüziv pozaları

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu