23 C
Baku
21 İyul 2024, 17:25
Dünya

“Nifrət nitqinin məqbul səviyyəsi yoxdur”

BMT-nin Baş katibi Antonio Quterreş deyib: “Nifrət nitqinin məqbul səviyyəsi yoxdur, biz hamımız çalışmalıyıq ki, nifrət nitqini tamamilə aradan qaldıraq” qiymətləndirməsini edib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş “Nifrət Nitqinə Qarşı Beynəlxalq Mübarizə Günü” münasibətilə yazılı açıqlama verib.

Nifrət nitqinin ayrı-seçkilik, sui-istifadə, zorakılıq, münaqişə və hətta bəşəriyyətə qarşı cinayətlərin göstəricisi olduğunu deyən Quterreş bunun təsirinin nasist Almaniyası, Ruanda, Bosniya və digər yerlərdə də müşahidə edildiyini qeyd edib.

“Nifrət nitqinin məqbul səviyyəsi yoxdur, biz hamımız çalışmalıyıq ki, nifrət nitqini tamamilə aradan qaldıraq”, – Quterreş bildirib.

Nifrət nitqinin tez-tez irq, etnik mənsubiyyət, din, inanc və ya siyasi fikir əsasında müxtəlif qrupları hədəf aldığını ifadə edən Quterreş, “Son aylarda sosial şəbəkələrdə və liderlərin ictimai çıxışlarında həm antisemit, həm də müsəlmanlara qarşı nifrət nitqinin artdığını şahidi olduq”.

Dövlətlərin beynəlxalq hüquq çərçivəsində nifrətin qızışdırılmasının qarşısını almaq və onlarla mübarizə aparmaq öhdəliyi olduğunu xatırladan Quterreş, “BMT-nin Nifrət Nitqinin Strategiyası və Fəaliyyət Planı bu bəlanın həm səbəbləri, həm də nəticələri ilə mübarizə üçün bir çərçivə təmin edir” deyib.

Quterreş gənclərin nifrət nitqindən ən çox təsirlənən qrup olduğuna və buna görə də onların həllin bir parçası olması lazım olduğuna diqqət çəkib.

“Hökumətlər, yerli hakimiyyət orqanları, dini, institusional və sosial liderlər tolerantlığı, müxtəlifliyi və inklüzivliyi təşviq etmək və nifrət nitqinin bütün formalarına qarşı çıxmaq üçün tədbirlərə sərmayə qoymağa borcludurlar”, – deyə BMT-nin Baş katibi bildirib.

2021-ci il iyunun 18-də BMT Baş Assambleyası “dinlərarası və mədəniyyətlərarası dialoqu və nifrət nitqinə qarşı tolerantlığı təşviq etmək” məqsədilə 18 iyunu “Nifrət Nitqinə qarşı Beynəlxalq Mübarizə Günü” elan edib.

Mənbə: Haber Global

Aynur Camal

Oxşar xəbərlər

Hərbi təlimdə əl qumbarası qəzası: 1 ölü

Kəmalə Sultan

Livana havadan hücum edildi: 7 ölü var

Bugün TV

İraqın şimalında 4 terrorçu zərərsizləşdirildi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu